İstanbulda narkotik istintaqı çərçivəsində keçirilən üçüncü əməliyyat dalğasında məşhurların da olduğu ünvanlarda aparılan axtarışlar zamanı silahlar, müxtəlif növ narkotik maddələr və saxta dollarlar aşkarlanıb.
Əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində reallaşdırılıb.
Axtarışlar zamanı lisenziyalı və lisenziyasız tapançalar, boş tüfənglər, çoxsaylı patronlar, 8 narkotik həbi, kristal narkotik, 5 şüşə maye narkotik, narkotiklə əlaqəli aparat və narkotik dəyirmanı müsadirə edilib. Bundan başqa, yuxarı və aşağı hissəsi 100 dollarlıq əskinaslardan ibarət, orta hissələri kəsilmiş 19 ədəd saxta dollar da tapılıb.
İstintaq çərçivəsində 8 şübhəli saxlanılıb. Əməliyyat zamanı aktrisa Səadət Ezgi Eyüboğlu "şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin alınması, saxlanılması və istifadə edilməsi" ittihamları ilə tutulub.
Eyni iş üzrə digər şübhəlilərə qarşı narkotik istehsalı və ticarəti, fahişəliyə təhrik və asanlaşdırma, həmçinin odlu silahlarla bağlı qanunvericiliyin pozulması maddələri üzrə də həbs qərarları verilib./Milli.az/
.png)
.png)