Medianews.az
Avropa Trampı "Nobel"ə layiq görmədi -
174 baxış

Avropa Trampı "Nobel"ə layiq görmədi - SORĞU

Avropalılar ABŞ prezidenti Donald Trampın təbliğ etdiyi siyasətdən narazıdırlar.

Publika.az xəbər verir ki, "Politico" bununla bağlı aparılan sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Respondentlərin təxminən üçdə ikisi (63%) "ən yaxşı illərin geridə qaldığına" inanır və 77%-i ölkələrindəki həyatın "növbəti nəsil üçün daha da çətinləşəcəyini" gözləyir. Trampın "Nobel" mükafatına layiq olub-olmadığı soruşulduqda, 77%-i "xeyr" cavabını verib.

Qeyd edək ki, noyabr ayında keçirilən sorğuda 23 Aİ ölkəsindən 11.000-dən çox insan iştirak edib.

Qərbi və Mərkəzi Avropada 76 faiz insan ölkələrində demokratiyanın tənəzzülə uğradığını vurğulayıb.

Bildirilir ki, sorğu Avropa demokratiyalarının vəziyyəti və onların Ukraynadakı müharibəyə, iqtisadi və geosiyasi qeyri-müəyyənlik və Vaşinqtonla fikir ayrılıqları da daxil olmaqla çətinlikləri həll etmək qabiliyyəti ilə bağlı narahatlıqları ortaya qoyub.

Xatırladaq ki, Qrenlandiyanı ələ keçirmək istəyini açıqlamamışdan əvvəl belə, ABŞ prezidenti əksər avropalılar tərəfindən sülhə, ölkələrinə və iqtisadiyyata təhdid kimi qəbul edilirdi.

Bizə qoşulun