Medianews.az
"Atam yaşda sənətçini
58 baxış

"Atam yaşda sənətçini hər gün efirdə görəndə utanıram"

Müğənni Elnur Məmmədov "Mədəni şou" verilişində qonaq olub.

Medianews.az  Axşam.az-a istinadən xəbər verir ki, ifaçı efirə gec-gec çıxmasına belə aydınlıq gətirib:

"Hamımızın ailəsi, böyük məsuliyyətlərimiz var. Əvvəl cavan idik. Biz illər öncə özümüzü təsdiqləmişik. Hər gün bu verilişdən o verilişə gedən vaxtımız deyil. Bizə artıq bu lazım deyil. Hərdən hansısa sənət adamı deyəndə ki, bizi efirə çağırmırlar, mənim pisimə gəlir. Artıq biz efiri seçirik. Şou-biznesdən uzaqlaşmamışıq".

Elnur yaşı çox olan sənətçilərin hər gün efirdə olmasını qınayıb:

"Atam yaşda adamı hər gün efirdə görəndə utanıram. Yaxşı, bu insan özü dərk etmir, ailəsində ona demirlər ki, 70–80 yaşın var, hər gün efirdəsən? Olmaz. Elə şeyə dəyər də vermirlər".

Bizə qoşulun