Medianews.az
Ardadan Alonsonun qovulmasına REAKSİYA -
150 baxış

Ardadan Alonsonun qovulmasına REAKSİYA - FOTO

İspaniya Super Kubokunun finalında "Barselona"ya 3:2 hesabı ilə məğlubiyyətdən sonra "Real Madrid" baş məşqçi Xabi Alonso ilə yollarını ayırdığını açıqlayıb. Klub rəhbərliyi qərarın tərəflərin qarşılıqlı razılaşması əsasında verildiyini bildirib.

Milli.Az xəbər verir ki, "Reuters" və "The Guardian"in məlumatına görə, Alonsonun gedişindən dərhal sonra Alvaro Arbeloa "Real Madrid"in yeni baş məşqçisi təyin olunub.

Alonsonun rəhbərliyi dövründə oyun müddəti və komandadakı rolu artan Arda Gülər sosial media hesabında keçmiş məşqçisinə emosional vida mesajı paylaşıb:

"İlk gündən mənə inandığınız və etibar etdiyiniz üçün təşəkkür edirəm. Hər söhbət, hər detal məni daha yaxşı oyunçu etdi. Təsiriniz həmişə mənimlə qalacaq" .

Arda Gülər mesajında Alonsonun ona göstərdiyi etimadın şəxsi inkişafında mühüm rol oynadığını da xüsusi vurğulayıb.

Bizə qoşulun