ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə özünün "Donroe Doktrinasını" təsvir edib.
Medianews.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, “Monro Doktrinası”nı “Donroe Doktrinası” onun şərəfinə adlandırıblar. Amerika xarici siyasəti Qərb yarımkürəsində təhlükəsizliyi təmin etməyi hədəfləyir.
"Mən bunu belə adlandırmadım, amma onlar bunu dünyanın bu hissəsi üçün təhlükəsizliyi təmin edən "Donroe Doktrinası" adlandırırlar. Bu, olduqca sadədir. Biz narkotiklərin ölkəmizə daxil olmasını istəmirik. Biz pis insanların ölkəmizə daxil olmasını istəmirik", - Tramp deyib.
Medianews.az