Medianews.az
Ukraynadakı münaqişənin həllində iştirakının səbəbi bu imiş-
73 baxış

Ukraynadakı münaqişənin həllində iştirakının səbəbi bu imiş- Tramp özü açıqladı

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişənin həllində hansı şərtlərlə iştirak etdiyni açıqlayıb.

Medianews.az xəbər verir ki, o, bu barədə Fox News-a verdiyi müsahibədə danışıb.

Tramp nizamlamada Kiyevlə nadir torpaq metalları ilə bağlı razılaşmaya görə iştirak etdiyni açıqlayıb.

"Dedim ki, irəliləmək istəyiriksə, nadir torpaq metallarına ehtiyacımız var. Pulumuzu geri qaytarmaq istəyirik", - deyə o vurğulayıb.

Amerika lideri əlavə edib ki, ümumilikdə Ukraynadakı böhran ABŞ-yə əhəmiyyətli dərəcədə təsir göstərmir.

Medianews.az

Bizə qoşulun