Medianews.az
Ani ürək dayanmasında ilk dəqiqələr həyati əhəmiyyət daşıyır –
93 baxış

Ani ürək dayanmasında ilk dəqiqələr həyati əhəmiyyət daşıyır – mütəxəssisdən xəbərdarlıq

Ani ürək dayanması hallarında ilk dəqiqələr həlledici rol oynayır və vaxtında müdaxilə həyat qurtara bilər. Mütəxəssislər düzgün ürək masajı və tənəffüs dəstəyinin sağ qalma şansını əhəmiyyətli dərəcədə artırdığını bildirirlər. Yanlış və gecikmiş müdaxilə isə ciddi fəsadlara səbəb ola bilər.

Medianews.az-ın məlumatına görə, kardioloqu, Bilal Boztosun bildirib ki, ani ürək dayanması zamanı vaxtında və düzgün müdaxilə həyatı xilas edir. Onun sözlərinə görə, erkən ürək masajı və tənəffüs dəstəyi sağ qalma şansını əhəmiyyətli dərəcədə artırır.

Mütəxəssis qeyd edib ki, reanimasiya (CPR) düzgün icra olunduqda, hətta uzun müddətli müdaxilələrdən sonra belə xəstəni həyata qaytarmaq mümkündür. Xüsusilə gənc xəstələrdə müsbət nəticələr daha çox müşahidə olunur.

Həkim təlimi olmayan şəxslərə ehtiyatlı olmağı tövsiyə edib. O bildirib ki, belə hallarda ilk növbədə xəstənin nəfəs almasını asanlaşdırmaq, sıxan geyimləri boşaltmaq və dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır.

Həkim vurğulayıb ki, gecikmə ağır fəsadlara səbəb ola bilər. Beynin uzun müddət oksigensiz qalması ciddi risk yaradır və ürək yenidən işləsə belə, beyin funksiyaları bərpa olunmaya bilər.

Eyni zamanda qeyd olunub ki, hər huş itkisi ürək dayanması demək deyil. Yanlış müdaxilə xəstəyə zərər verə bilər. Buna görə də, yalnız peşəkar bilik olduqda müdaxilə etmək, əks halda isə dərhal tibbi yardım çağırmaq tövsiyə edilir.

Medianews.az

Bizə qoşulun