Medianews.az
Anasının qalıqlarını 3 il dondurucuda SAXLADI –
111 baxış

Anasının qalıqlarını 3 il dondurucuda SAXLADI – Pensiyasına görə

Böyük Britaniyada kişi üç il anasının qalıqlarını dondurucuda saxlayıb və onun pensiyasını alıb.

Medianews.az xəbər verir ki, qadını bir müddətdir görməyən müalicə həkimi vəziyyətindən narahat olub və polisə zəng edib. Fevralın 17-də polis evdə baxış keçirərək qalıqları aşkarlayıb.

Ekspertiza onların 89 yaşlı qadına aid olduğunu təsdiqləyib. Ölüm səbəbi hələ müəyyən edilməyib.

Məlum olub ki, kişi bu müddət ərzində anasının dəfninə mane olub və pensiya ödənişlərini alıb. Hazırda məhkəmə hökmünü elan etməyib. Vəkil psixiatrik ekspertiza tələb edərək kişinin ruhi sağlamlığının pozulduğunu sübut etməyə çalışır.

Medianews.az

Bizə qoşulun