Şou-biznes dünyasının tanınmış siması, müğənni və aparıcı Seren Serengil anası ilə bağlı ciddi bir açıqlama verib.
Medianews.az xəbər verir ki, sənətçinin anası yıxılaraq omba sümüyünü sındırıb və vəziyyətinin ağırlaşması səbəbilə reanimasiyaya yerləşdirilib.
Serengil sosial media hesabında etdiyi paylaşımda anasının səhhətində kritik vəziyyət yarandığını bildirib.
Məşhur aparıcı anasının İstanbula aparılmasının vacib olduğunu deyərək Səhiyyə naziri Kamal Memişoğluna səslənib. O, hazırda olduqları xəstəxanada ürək reanimasiya və angioqrafiya bölməsinin olmadığını bildirib.
Serengil açıqlamasında belə deyib:
"Cənab səhiyyə Naziri, anamı itirirəm. O, yıxılıb omba sümüyünü sındırıb. İndi infarkt təhlükəsi və ağciyərlərində maye olduğu üçün reanimasiyaya yerləşdirilib. Hazırda olduğumuz xəstəxanada ürək reanimasiyası yoxdur. Məni İstanbula aparmaq lazımdır. Xahiş edirəm mənə təcili yardım helikopteri göndərin. Ödənişi mən ödəyəcəyəm".
Serengil müraciətində təcili yardım helikopteri və ya hava təcili yardım maşınının xərclərini özünün ödəməyə hazır olduğunu xüsusi vurğulayıb.
Hazırda Səhiyyə Nazirliyinin məsələyə necə reaksiya verəcəyi və Serengilin anasının nə vaxt köçürülə biləcəyi ilə bağlı məlumat gözlənilir.
Medianews.az
