Artıq noyabrın ortalarında Avropada Milad yarmarkaları açılmağa başlayır. Turistlərin çoxu bayram ab-havası üçün Almaniya, Avstriya və ya Fransa kimi ölkələrə axın edir. Rumıniyanın cənub-qərbində yerləşən Krayova şəhərindəki Milad yarmarkası da öz fərqliliyi ilə diqqət çəkir.
Medianews.az xəbər verir ki, ərazisi 280 min kvadratmetrdən çox olan yarmarka qitənin ən böyük Milad tədbiri hesab olunur.
Yarmarka həmçinin 2024-cü ildə European Best Destinations tərəfindən Avropada ən yaxşı ikinci Milad yarmarkası seçilib.
Krayovada builki Milad yarmarkası noyabrın 14-də açılıb və 2026-cı il yanvarın 4-də bağlanacaq. Yarmarkanın ümumi mövzusu “Şelkunçik”dir və o, Santa Klaus kəndi və ənənəvi Milad bayramı da daxil olmaqla dörd tematik zonaya bölünəcək. Eyni zamanda, 90-dan çox əl ilə boyanmış evlər yerli əl istehsalı məhsulları, hədiyyələr və bayram yeməkləri təklif edir.
Tarixi meydanlarda və ətraf küçələrdə turistlər buz meydançası, dönmə çarxı və Şərqi Avropada ən hündür uçan Santanın kirşəsindən həzz ala bilərlər. Yarmarkaya giriş pulsuzdur, lakin bəzi xidmətlərin qiymətləri 10 avroya çatsa da, attraksionlar orta hesabla 4-6 avroya başa gəlir. Yarmarkada qida və içkilərin qiymətləri kifayət qədər münasibdir.
Medianews.az