Medianews.az
Akif İslamzadə baba oldu: "İlk nəvəmdir" -
169 baxış

Akif İslamzadə baba oldu: "İlk nəvəmdir" - ÖZƏL

Tanınmış müğənni Akif İslamzadənin ailəsində sevincli günlər yaşanır.

Özəl olaraq Medianews.az-a danışan sənətkar bu gün baba olduğunu açıqlayıb.

"İlk dəfədir ki, baba oluram. Qız nəvəm dünyaya gəlib. Çox sevincliyəm. Allah babalıq sevincini hər kəsə nəsib etsin. Çox danışa bilmirəm, evdə qonaqlar var. Diqqətinizə görə təşəkkür edirəm",-deyə müğənni bildirib.

Qeyd edək ki, Akif İslamzadənin oğlu Ayxan ötən ilin may ayında ailə həyatı qurub. Ayxan İslamzadənin toyunda tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etmişdi.

Medianews.az

Bizə qoşulun