Numeroloq və astroloqların fikrincə, bəzi doğum tarixləri insanları ailədə “birləşdirici qüvvə” roluna daha meyilli edir.
Medianews.az xəbər verir ki, bu insanlar yaxınlarını bir arada saxlamaq, görüşlər təşkil etmək və ailə bağlarını gücləndirməkdə daha aktiv olurlar.
Mütəxəssislərə görə, ayın 2-də doğulanlar qayğıkeş və empatik xüsusiyyətləri ilə seçilir.
9-da doğulanlar isə daha enerjili və təşəbbüskar hesab olunur, ailə daxilində insanları bir araya gətirən planlar və tədbirlər təşkil edirlər.
17-də doğulanlar məsuliyyətli və sabit xarakterləri ilə ailənin dayaq sütunu kimi təsvir olunur, uzunmüddətli planlar və ənənələr qururlar.
24-də doğulanlar isə mehriban və emosional dəstəyi ilə seçilir, ailə üzvləri üçün etibarlı və sakitləşdirici bir mühit yaradırlar.
Medianews.az