Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.
Ağcabədi şəhər ərazisində baş vermiş qəzada "VAZ-2106" və "Opel" markalı minik maşınları toqquşub.
İdarəetməni itirən "VAZ" yol kənarında dayanan "Mercedes" markalı minik maşınına çırpılıb.
Nəticədə bir nəfər hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)
.jpg)
.jpg)