Medianews.az
9 noyabrda Rusiya Bakıya təklif edib ki...  -
90 baxış

9 noyabrda Rusiya Bakıya təklif edib ki... - İLK DƏFƏ açıqlandı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-nin “Təmas xətti” verilişində 5 il öncə, 2020-ci il noyabrında Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında baş verən danışıqların detallarını açıqlayıb.

Medianews.az xəbər verir ki, bu barədə verilişin qısa anonsunda qeyd olunub.

“Həmin dövrdən 5 il keçib, yəqin ki, bəzi məqamları açmağın zamanıdır. Rusiya xarici işlər naziri Lavrov tərəflərə bir sənəd təqdim etdi. Artıq qərarın ilkin layihəsi təklif edildi. Cəmi bir neçə maddədən ibarət sənədə baxanda gördük ki, 9-dan 10-na keçən gecə saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması, “təmas xətti”nin şərq istiqamətində Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycan Ordusu, “təmas xətti”nin qərb istiqamətində erməni silahlı qüvvələri ilə yenə də Rusiya sülhməramlı qüvvələrinin dayanması qeyd olunub. Ayın 9-u tarixində təklif olunan sənəddə atəşkəs elan olunan kimi dərhal heç bir əlavə şərtlər razılaşmadan, o cümlədən erməni hərbçilərinin orada qalmqla, heç bir ərazi boşalmadan artıq həm şərq, həm də qərb istiqamətində rus sülhməramlılarının yerləşdirilməsi əks olunmuşdu”, - Ceyhun Bayramov bildirib.

Qeyd edək ki, “Təmas xətti” verilişi 7 noyabr saat 22:10-da İctimai Televiziyanın efirində yayımlanacaq. /Axar.az

Bizə qoşulun