ABŞ-də kişi avtomobillə kanyona düşüb və möcüzəvi şəkildə sağ qalıb.
Medianews.az xəbər verir ki, hadisə Texas ştatının Palo Duro parkında, gecə saatlarında baş verib.
Sürücü avtomobilin təkərinin partlaması nəticəsində yoldan çıxaraq təxminən 61 metr dərinlikdəki kanyona düşüb. Səhər o, avtomobildən çıxıb və parkın pavilyonlarına doğru gedərək işçilərdən kömək istəyib. Park əməkdaşları onu qan içində, gözünün altında göyərmə ilə tapıblar və xəstəxanaya çatdırıblar.
Həkimlər bildiriblər ki, sürücü belə hündürlükdən düşməsinə baxmayaraq yalnız beyin sarsıntısı və qabırğa sınıqları alıb. Onun avtomobili isə xilasedicilər tərəfindən kanyondan çıxarılıb.
Medianews.az