Medianews.az
27 yaşlı aktrisa təcili əməliyyat olundu -
124 baxış

27 yaşlı aktrisa təcili əməliyyat olundu - FOTO

27 yaşlı aktrisa Cemre Baysel səhhətində yaranan problemə görə təcili olaraq əməliyyata alınıb.

Medianews.az xəbər verir ki, əməliyyatın uğurlu keçən aktrisa bu barədə sosial şəbəkədə paylaşım edib.

O narkozdan oyanan kimi, xəstəxanada çəkilən və paxlava yediyi fotosunu izləyiciləri ilə bölüşüb.

Aktrisa səhhətinin yaxşı olduğunu, müalicəsinin davam etdiyini vurğulayıb.

"Hər şey qaydasındadır, narahat olmayın. Dualarını əskik etməyən hər kəsə sonsuz təşəkkür edirəm. İndi sadəcə dincəlmək zamanıdır" - deyə o qeyd edib.

27 yaşlı aktrisa təcili əməliyyat olundu

Xatırladaq ki, aktrisa bir müddət əvvəl "Kiçik bir əməliyyat olunacam. Genekoloji problemlə bağlıdır. Sevənlərim bunu məndən eşitsin istədim. Tətil planımı əməliyyata görə qurmuşam" - deyərək bildirmişdi./Sfera.az

Bizə qoşulun