İtaliya Kubokunun yarımfinalında aprelin 21-də “Atalanta” ilə “Latsio” arasında cava oyunu keçirilib.
Medianews.az xəbər verir ki, ilk görüşdə hesab 2:2 başa çatıb. Cavab matçının əsas və əlavə vaxtı da isə hesab 1:1 ilə bitib və qalib penaltilərlə müəyyənləşib.
Oyunda hesabı 84-cü dəqiqədə Alessio Romaqnoli açsa da, “Atalanta” cəmi iki dəqiqə sonra Mario Paşaliçin qolu ilə bərabərliyi təmin edib.
Penaltilər seriyasında isə gecənin qəhrəmanı “Latsio”nun 21 yaşlı qapıçısı Edoardo Motta olub.
Gənc qolkiper ardıcıl 4 zərbəni dəf edərək komandasını finala daşıyıb və stadionda böyük heyrət yaradıb. Nəticədə “Latsio” penaltilərdə 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Finalda “Latsio”nun rəqibi “İnter” olacaq. Həlledici oyun mayın 13-də keçiriləcək.
Medianews.az