Medianews.az
Təyyarədə həyəcanlı anlar - Sərnişinlər belə təxliyə edildi - <span style=color:red>VİDEO
182 baxış

Təyyarədə həyəcanlı anlar - Sərnişinlər belə təxliyə edildi - VİDEO

İstanbul–Antalya reysini yerinə yetirən “Turkish Airlines”a məxsus “Boeing 777” təyyarəsində enişdən dərhal sonra texniki nasazlıq baş verib. Musavat.com xəbər verir ki, təyyarə eniş zolağına çatan kimi hidravlik sistemdə yaranan nasazlıq nəticəsində güclü tüstülənmə qeydə alınıb. Tüstülənməyə görə təyyarədə fövqəladə vəziyyət rejimi işə salınıb və bütün sərnişinlər şişmə təxliyə trapları vasitəsilə təcili şəkildə boşaldılıb. Antalya hava limanı əməkdaşları və fövqəladə xidmətlər hadisəyə dərhal müdaxilə edib. İnsident zamanı xəsarət alan olmayıb.
 
Посмотреть эту публикацию в Instagram
 

Публикация от Antalya Hakkında (@antalya.hakkinda)

Bizə qoşulun