09.07.2025, 19:12
150 baxış
Azad
Ermənistanda deputat həbs olundu – Dövlət çevrilişi ittihamı ilə
Ermənistan parlamentinin deputatı Artur Sarkisyan həbs edilib.
Musavat.com xəbər verir ki, onun vəkilinin açıqlamasına görə, məhkəmə Sarkisyan barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Deputata qarşı konstitusiya quruluşunu devirmək məqsədilə terror aktlarına hazırlıq ittihamı irəli sürülüb.
Hadisə ilə bağlı rəsmi açıqlamalar gözlənilir.