09.07.2025, 07:45
139 baxış
Lamiyə
Dəhşətli qəza: Avtomobil betona çırpıldı
Rusiyada ölümlə nəticələnən qəza baş verib.
Medianews.az xəbər verir ki, hadisə Novosibirskdə, iyulun 9-a keçən gecə baş verib.
İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Hyundai Solaris markalı avtomobilin sürücüsü Ob şəhərindən Novosibirsk istiqamətində hərəkətdə olarkən huşunu itirib.
Avtomobil metal hasara, daha sonra isə beton hasara çırpılıb.
Sürücü təcili yardım gələnə qədər dünyasını dəyişib. Ölümün səbəbi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq. Qadın sərnişin tibbi yardıma müraciət etməyib.
Hadisənin başvermə şəraiti və səbəbləri müəyyənləşdirilir.
Medianews.az