04.07.2025, 07:14
204 baxış
Lamiyə
“Taliban” hökumətini tanıyan ilk ÖLKƏ
Əfqanıstanda taliblərin hakimiyyətini dünyada rəsmən tanıyan ilk ölkə Rusiyadır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Rusiya XİN təsdiq edib ki, Moskva Əfqanıstan İslam Əmirliyini tanıyır.
Qeyd edək ki, söhbət 2021-ci ilin avqustunda Əfqanıstan üzərində nəzarəti qaytaran və İslam Əmirliyini bərpa edən “Taliban” hərəkatının ikinci rejimindən gedir.