Medianews.az
Çində video oyunlara məhdudiyyət <span style=color:red>tətbiq olunub
101 baxış

Çində video oyunlara məhdudiyyət tətbiq olunub

Çinin ən böyük oyun tərtibatçıları “Tencent” və “NetEase” yay tətili müddətində yetkinlik yaşına çatmayanların video oyunlara çıxışını məhdudlaşdırıb. Medianews.az xəbər verir ki, 1 iyuldan 31 avqusta qədər uşaqlara yalnız bir saat — 20:00-dan 21:00-dək, özü də yalnız cümə, şənbə və bazar günləri oynamağa icazə verilir. Beləliklə, bütün yay ərzində maksimum 27 saat oyuna sərf oluna bilər. Məhdudiyyətin pozulmasının qarşısını almaq üçün uşaqların böyüklərin hesabları ilə girişinə mane olan üztanıma sistemi tətbiq olunub. Medianews.az

Bizə qoşulun