02.07.2025, 08:43
180 baxış
Lamiyə
4 yaşlı qızı yeyən bəbir tutuldu
Hindistanın Tamil Nadu ştatının Valparai şəhəri yaxınlığında 4 yaşlı qıza hücum edən bəbir tutulub.
Medianews.az xəbər verir ki, hücum iyunun 20-də axşam saatlarında “Paçamalai” çay kompleksində baş verib.
Jharkhanddan olan miqrant işçilərin qızı, dörd yaşlı Roşini Kumari evinin qarşısında oynayan zaman bəbir koldan tullanıb. Yırtıcı uşağı tutub meşəyə sürükləyib.
Qızın axtarışı üçün 20 meşə idarəsinin əməkdaşı və xidməti itlərin iştirakı ilə genişmiqyaslı əməliyyat təşkil edilib. Qalıqlar ertəsi gün uşağın yoxa çıxdığı yerdən təxminən 700 metr aralıda tapılıb.
Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları ərazidə müşahidə kameraları quraşdıraraq, yaşayış binalarının yaxınlığındakı kol-kosların təmizlənməsinə başlayıblar. Aramsız yağan yağışlar heyvanın gizlənməsinə səbəb olan axtarışları çətinləşdirib.
İyunun 26-da səhər tezdən bəbir tələlərdən birinə düşüb. Heyvan Anamalay Pələng Qoruğuna aparılıb. Qıza hücum edənin məhz bu heyvan olduğunu təsdiqləmək üçün onun DNT nümunələri hücum yerində toplanmış nümunələrlə müqayisə ediləcək.
Medianews.az