Medianews.az
Zelenskinin bu görüşü postsovet respublikaları üçün həyati əhəmiyyət daşıyır – <span style=color:red>Politoloq
243 baxış

Zelenskinin bu görüşü postsovet respublikaları üçün həyati əhəmiyyət daşıyır – Politoloq

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfəri zamanı Kral III Çarlz tərəfindən qəbul olunub, baş nazir Kir Starmer, İcmalar Palatasının sədri Lindsi Qoyl və Lordlar Palatasının spikeri Con Makfolla mühüm görüşlər keçirib. Görüşlərin əsas mövzusu iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi, Ukraynanın müdafiəsinin gücləndirilməsi və Rusiyaya əlavə təzyiq üsullarının tapılması olub. Politoloq Xaqani Cəfərli Medianews.az-a deyib ki, Prezident Volodimir Zelenskinin Böyük Britaniya səfəri, yüksək səviyyəli görüşləri yalnız Ukraynanın deyil, Rusiya müstəmləkəçiliyindən xilas olmağa çalışan bütün postsovet respublikalarının həyati əhəmiyyətli maraqlarının gerçəkləşməsinə xidmət edir: “Çünki Rusiyanı imperiyasının strateji məğlubiyyətə uğramasında maraqlı olan yeganə böyük dövlət Böyük Britaniyadır. Böyük Britaniya postsovet məkanında nə qədər güclənirsə, Rusiya imperiyası bir o qədər zəifləyir. Böyük Britaniya ilə əlaqələrin nə qədər böyük önəm daşıdığını Prezident Volodimir Zelenskinin Kral III Çarlz tərəfindən qəbulu ilə bağlı paylaşımı da göstərir. Zelenski paylaşımında bildirib ki, Kral III Çarlz tərəfindən qəbul onun üçün şərəfdir. Əlahəzrətə, Kral ailəsinə və Böyük Britaniya xalqına Ukraynaya göstərdikləri dəstəyə görə təşəkkür edən Zelenski vurğulayıb ki, bu Ukrayna üçün inanılmaz dərəcədə dəyərlidir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun