23.06.2025, 12:40
173 baxış
Nailə
Ronaldonun "Əl-Nəsr"dəki gələcəyi necə olacaq?
Ulduz futbolçu Kriştiano Ronaldo "Əl-Nəsr" klubu ilə yeni müqavilə barədə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.
Razılaşmaya əsasən, portuqaliyalı hücumçunun müqaviləsi daha bir il müddətinə - 2026-cı ilin yayına qədər uzadılacaq.
Ronaldo 2023-cü ilin yanvarından bəri "Əl-Nəsr"in heyətində çıxış edir. Bu müddət ərzində o, 105 matçda 93 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Buna baxmayaraq, ulduz futbolçu hələ də komandasını Səudiyyə Ərəbistanı çempionluğuna apara bilməyib.