23.06.2025, 15:00
117 baxış
Azad
Çin altı tonluq tiltrotoru sınaqdan keçirib
Çin altı tonluq tiltrotorun ilk sınaqlarını keçirib. Medianews.az-ın məlumatına görə, rəsmilər bəyan ediblər ki, ilk sınaq uçuşu uğurlu alınıb.
Tiltrotor - dönən motor qapağı və ya motor səbətinə bərkidilmiş bir və ya birdən çox rotorun yaratdığı itələmə və daşıma qüvvələri ilə hərəkət edən hava nəqliyyatı vasitəsidir.
Çinli mütəxəssislər deyiblər ki, həm pilotlu, həm də pilotsuz versiyalarda istehsal edilən yeni model "Zhang Ying R6000" təyyarəsinin maksimum uçuş hündürlüyü 7620 metr, maksimum uçuş məsafəsi 4000 kilometrdir.