21.06.2025, 09:13
149 baxış
Lamiyə
Saxta diş həkimlərdən ibarət ailə - İnsanları belə aldadırdılar
Çexiyada polis yeraltı ailə stomatoloji klinikasını aşkar edib.
Medianews.az xəbər verir ki, 3 nəfərdən ibarət ailə - 50 yaşlı tibb bacısı, onun 44 yaşlı əri və 22 yaşlı oğlu - tibb müəssisəsi açaraq iki il ərzində tibbi icazəsi olmadan evlərinə xəstələr gətirib.
Oğul internetdəki təlimatlardan istifadə edərək dişlərini çəkib müalicə edirdi, anası kömək edirdi, atası isə protezlər düzəldirdi.
Bütün əməliyyatları ərzində fırıldaqçılar həbs olunmazdan əvvəl dörd milyon çex kronu qazanıblar. Araşdırmaya səbəb saxta həkimlərin pasiyentlərindən birinin əsl stomatoloqa müraciəti olub. Fırıldaqçıların ailəsində müalicə olunduqdan sonra kişidə ciddi fəsadlar yaranıb.
Hər üç şəxs qanunsuz sahibkarlıq, fiziki zərər vurma və narkotik vasitələrin istehsalı ittihamları üzrə özünü təqsirli bilib. Onları 8 ilə qədər həbs gözləyir. Polis onlarla insanın ailə cinayət qrupunun qurbanı olduğunu deyir.
Medianews.az