Medianews.az
“Azərbaycan İsraillə İran arasında vasitəçi ola bilər” – <span style=color:red>Politoloq
250 baxış

“Azərbaycan İsraillə İran arasında vasitəçi ola bilər” – Politoloq

Poltoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan İsraillə İran arasında vasitəçi ola bilər.   E.Şahinoğlu Medianews.az-a açıqlamasında vurğulayıb: “Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə İranla İsrail arasında münaqişəni dayandırmaq üçün diplomatik səylər göstərir. Ərdoğan dedi ki, Türkiyə vasitəçilik də daxil olmaqla, lazım olan hər addımı atmağa hazırdır. Türkiyənin bölgədə rolu artıb, Ankara bir sıra münaqişələrin həllində vasitəçi kimi çıxış edir, Rusiya və Ukrayna nümayəndələri danışıqlar yeri kimi İstanbula üstünlük verirlər”. Ancaq E.Şahinoğlu hesab edir ki, İsrail-İran qarşıdurmasında Türkiyənin vasitəçi olmaq, İstanbulun görüş yeri seçilmə şansı azdır: “Çünki Rusiya-Ukrayna müharibəsindən fərqli olaraq İsrail-İran müharibəsində tərəflərdən biri Türkiyəni vasitəçi kimi qəbul etməyəcək. Türkiyə İsrailin siyasətini sərt tənqid edir, Ərdoğan bu ölkənin baş naziri Benyamin Netanyahunu qatil adlandırır. Digər tərəfdən Ərdoğan İsrailin İranın suverenliyinə təcavüz etdiyini vurğulayır. Tehran müharibəni dayandırmaq üçün istənilən ölkənin, o cümlədən Türkiyənin vasitəçiliyini qəbul edər, Tel-Əviv hədəfinə çatdıqdan sonra tərəfdaşlarından birinin vasitəçiliyinə razılaşa bilər və həmin ölkənin Türkiyənin olacağı ehtimalı azdır. Gələcəkdə Türkiyə ilə müqayisədə Azərbaycanın İsraillə İran arasında vasitəçi ola bilmə ehtimalı yüksəkdir. Ancaq müharibə aparan hər iki tərəf hələ bir-birlərinə daha çox zərər vurmaq planlarını həyata keçirməyə çalışır”. Nailə Qasımova, Medianews.az  

Bizə qoşulun