O bildirib ki, İrandakı mühafizəkarlar son illər ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa çalışsalar da, bu, şeyxlərin narahatlığını azaltmayıb: “Elə bunun nəticəsidir ki, İranın İsrailə atdığı dronlar hədəfə çatmadan elə ərəb ölkələrinin hava sahəsində neytrallaşdırılıb. ABŞ-ın ərəb ölkələrindəki hərbi bazaları İsraili qorumaq üçün hazır vəziyyətə gətirilib.
İranın zəifləmə ehtimalından narahat olan üç ölkə var: Rusiya, Ermənistan və Çin. Bunlardan hər birinin İrandakı rejimlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Rusiya və Çin üçün İranla sıx tərəfdaşlıq Qərbə qarşı ortaq müqavimət gücünün formalaşmasından ibarətdirsə, Ermənistan üçün İranla sıx tərəfdaşlıq Azərbaycana qarşı istifadə edilən siyasətdir. Hazırda İrandakı rejim mövcudiyyətini qorumağın hayındadır, nə Rusiya, nə Çin, nə Ermənistan, nə də Zəngəzur dəhlizi yada düşür”.
Toğrul Əli,
Medianews.az
13.06.2025, 16:37
154 baxış
Azad
“İranın zəifləmə ehtimalından narahat olan üç ölkə var” – Politoloq
“ABŞ-ın bögədəki müttəfiqləri olan ərəb ölkələri İsrailin İrana endirdiyi hava zərbələrini qınasalar da, həmin dövlətlər bu müharibədə İranın zəif çıxmasında maraqlıdırlar. Çünki İrandakı rejim uzun illər ərəb ölkələrindəki tərəfdarlarını dəstəkləyib, həmin qruplar müxtəlif illərdə etirazlara çıxıblar”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.