11.06.2025, 21:45
                
                
                  
                  124 baxış
                
                
                  
                  
                    Azad
                  
                                  
              "Rusiya Odessanı tutub Moldova və Rumıniya sərhədinə çatmaq istəyir" - Zelenski
 
                Rusiya Ukraynadan Odessanı almaqla, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır.
“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna - Cənub-Şərqi Avropa” sammiti zamanı deyib.
Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir.
"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Onun hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - Zelenski əlavə edib.
Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən ayırmaq üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir. 
                              
              
              Paylaş: