Medianews.az
Qurğuşunu qızıla <span style=color:red>çevirdilər
159 baxış

Qurğuşunu qızıla çevirdilər

1954-cü ildə yaradılmış və baş qərargahı İsveçrə ilə Fransanın sərhədindəki Meyrin kommuna kontonunda yerləşən, Avropa İttifaqının hökumətlərarası elmi təşkilatı, dünyanın ən böyük yüksək enerjili fizika laboratoriyası hesab edilən Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) alimləri yeni elmi tədqiqatlar keçirib. Medianews.az xəbər verir ki, CERN-in laboratoriyasında təcrübə zamanı Böyük Adron Kollayderi dünya elm aləmində ilk dəfə qurğuşun materialının metal qızıla çevrilməsini eksperimental şəkildə qeydə alıb. Elm adamları qeyd ediblər ki, bu cür qeyri-adi nəticələr əsasən yüksək enerjili hissəciklərin toqquşması metodundan istifadə etməklə əldə edilib. Alimlər bildiriblər ki, proseslərin gedişatı mərhələsində onlar əvvəlcə Sıfır Dərəcəli Kalorimetrlərdən (ZDC) detektorlarından istifadə etməklə, daha sonra qurğuşun nüvələrinin (82 proton) qızıla (79 proton) çevrilməsinin nadir hallarını, onların hər ikisinin ən yaxın işıq sürətinə qədər tam sürətləndiyini aşkar ediblər. Tədqiqatçılar vurğulayıblar ki, proseslərdə əsas rol oynayan amil həmçinin nüvələrin bir-birinə yaxın keçdiyi zaman yaranan həddindən artıq elektromaqnit sahələri olub. Bu sahələrdə virtual fotonlar üç protonu nüvələrdən çıxarmaqla, onları tərkibinə görə təmiz qızıla çevirə bilib və nəticədə yeni elmi təcrübə zamanı 29 pikoqrama bərabər olan təxminən 86 milyard qızıl nüvəsi yaranıb. Lakin son nəticədə qızıl saniyənin yalnız bir hissəsi üçün mövcud olsa da, alimlərə görə, nailiyyət mühüm elmi əhəmiyyətə malikdir. Alimlərin fikrincə, belə bir qeyri-adi elmi yeniliyi həmçinin kimyagərlərin xəyalının müasir təcəssümü adlandırmaq da olar - lakin nüvə fizikası səviyyəsində. Bundan əlavə, elmi iş kollayderin səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən elektromaqnit nüvə parçalanması proseslərini daha da, yaxşı başa düşməyə kömək edir. Medianews.az

Bizə qoşulun