14.05.2025, 15:13
140 baxış
Nailə
Xaçmazda avtomobil məktəblini vuraraq öldürüb
Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, minik avtomobili yolu keçən piyada Nərəcan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Turan Məcidovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.