Medianews.az
Kainat kompüter proqramıdır - <span style=color:red>Alim bu qənaətə gəlib
83 baxış

Kainat kompüter proqramıdır - Alim bu qənaətə gəlib

"Biz proqramda yaşayırıq?" sualına cavab verməyə çalışan fizik, alim Melvin Vopson apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlib ki, həqiqətən də kainat kompüter simulyasiyasıdır. İngiltərəli bu tədqiqatçı öz yeni elmi nəzəriyyəsinə çox inandığını bildirib. Medianews.az-ın məlumatına görə, "Nypost" nəşri alimin fikirlərinə istinadən yazır ki, təbiətin ən tanış qüvvələrindən birini ətraflı tədqiq etməklə, bu cür yeni və radikal ideyanı tamamilə başa düşmək üçün açar tapmaq mümkün ola bilər. Bu barədə iddia irəli sürən, sonsuz kainatın qeyri-adi rəqəmsal simulyasiya olduğunu qeyd edən İngilis fizikinin fikrincə, cazibə adi fiziki hadisə deyil, simulyasiya edilmiş reallığın məlumatı təşkil etdiyi, həmçinin də azaltdığı bir üsul ola bilər. Portsmut Universitetinin fizika üzrə alimi, dosenti Melvin Vopson bildirib ki, əslində o, müasir kompüter sistemlərində olduğu kimi, elmə məlum olan cazibə qüvvəsini bütün məlumatların optimallaşdırılması ilə əlaqələndirən bir fərziyyə irəli sürüb. Vopsonun apardığı araşdırmalar göstərir ki, obyektlərin arasında cazibənin təkcə kütlə tərəfindən deyil, eyni zamanda da, rəqəmsal mühitdə olduğu kimi, kainatın informasiyanı sıxışdırmaq və təşkil etmək istəyindən irəli gəlir. Melvin Vopson alim kimi elmi iddialarını belə əsaslandırıb: "Kainat elə inkişaf edir ki, içindəki hər bir məlumat getdikcə sıxılır, optimallaşdırılır və təşkil olunur - kompüter kodu kimi". Vopsonun izahına görə, həmçinin cazibə qüvvəsi "informasiya entropiyası" adlı və tam olmasa belə, mücərrəd sayılan nəsnə ilə bərabər, eyni zamanda, emal edilməli bütün unikal məlumatların miqdarını da azalda bilər. Alim bu prosesi səmərəlilik, resursu minimuma endirməyə çalışan bir kompüter alqoritmlərinin davranışı ilə də müqayisə edib. Onun sözlərinə görə, belə məlum olur ki, bu cazibə, informasiyanın həcmlərini idarə etmək üçün optimal bir yol ola bilər. "Yəni mənim dediyim budur ki, sistem nə qədər yığcam olsa, o qədər də, hesablamaq asan olar" söyləyən fizik dediklərinə əlavə edib. Onun nəzəriyyəsinə görə, əsl həqiqətdə isə cazibə virtual kainat modeli daxilində işləyən informasiya kompressorunun bir formasıdır. Əvvəlki işində alim bu ideyanı biologiya, riyaziyyat, rəqəmsal sistemlərə tətbiq edirdi, lakin hazırda isə o, bunları fundamental fiziki hadisələrə tətbiq edir. İngiltərəli fizik, Portsmut Universitetinin alimi Melvin Vopson xüsusilə qeyd edib ki, tədqiqat reallığın simulyasiya edilmiş təbiətini elm aləmində qəti şəkildə sübut etmək məqsədi daşımır. Lakin alimə görə, bu kainatın qanunlarına qeyri-ənənəvi perspektiv təklif edir və həmçinin "real" hesab etdiyimizin əsl mahiyyəti ilə bağlı yeni suallar yaradır. Medianews.az

Bizə qoşulun