Medianews.az
Zelenski Putinin təklifini "manipulyasiyaya növbəti cəhd" sayır
125 baxış

Zelenski Putinin təklifini "manipulyasiyaya növbəti cəhd" sayır

"Biz paradları deyil, insanların həyatını qiymətləndiririk. Ona görə may ayının 8-nə qədər gözləmək üçün heç bir səbəb yoxdur". Medianews.az-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin qarşıdan gələn 9 May - Faşizm Üzərində Qələbə Günü münasibətilə elan etdiyi atəşkəsə belə reaksiya verib. Zelenski dərhal atəşkəs təklifi irəli sürüb. Eyni zamanda o, Putinin təklifini "manipulyasiyaya növbəti cəhd" adlandırıb. "Biz paradları deyil, insanların həyatını qiymətləndiririk. Buna görə də biz inanırıq - dünya inanır ki, mayın 8-ni gözləməyə ehtiyac yoxdur. Yanğını bir neçə günlüyə dayandır ki, sonra onlar yenidən öldürə bilsinlər? Dərhal və tamamilə qeyd-şərtsiz atəşkəs, həmçinin ən azı 30 gün müddətinə, zəmanətli, eyni zamanda etibarlı – bizim təklifimiz belədir. Çünki ancaq bu, diplomatiya üçün gerçək əsasa çevrilə bilər" - deyə Ukrayna Prezidenti vurğulayıb. Medianews.az

Bizə qoşulun