28.04.2025, 16:15
158 baxış
Azad
Tramp Putinin təklifini bəyənməyib - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp Ukraynada daimi atəşkəsə nail olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Levitt Rusiya Prezidenti Vladimir Putinin üçgünlük atəşkəs təklifini şərh edərkən deyib.
“Tramp açıq şəkildə bildirib ki, onun məqsədi daimi atəşkəsə nail olmaqdır”, - Ağ Evin sözçüsü bəyan edib.
Xatırladaq ki, Rusiya prezidenti bundan əvvəl İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar üç günlük (8-11 may) atəşkəs elan etmişdi.
Paylaş: