23.04.2025, 07:35
171 baxış
Nailə
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti, 6-cı iclası keçiriləcək.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.
"İclas saat 15:00-da başlayacaq", - deyə R. Məcid bildirib.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə ümumilikdə beş iclası olub və 600-dən çox müraciətə baxılıb.