17.04.2025, 09:12
220 baxış
Lamiyə
Ərini üzərinə benzin tökərək YANDIRDI
ABŞ-də qadın ərinin üzərinə benzin tökərək yandırıb və avtomobili ilə onun üzərinə sürüb.
Medianews.az xəbər verir ki, hadisə Miçiqan ştatında baş verib.
Linda Sturmer və 42 yaşlı əri Todd arasında münaqişə mübahisə ilə başlayıb. Todd arvadının xəyanətindən xəbər tutub və boşanmaq istəyib.
Mübahisə zamanı Linda Toddun üzərinə benzin tökərək onu yandırıb. Bundan sonra qadın cinayət yerindən avtomobillə qaçmaq istəyib. O, həyətdən çıxarkən küçəyə qaçan ərini vurub.
Məhkəmədə oğlanları Trevor bildirib ki, Linda oğullarına və qardaşı oğluna baş verənlər barədə yalan danışmağı söyləyib. Lakin onlar qulaq asmayıb, onun əleyhinə ifadə veriblər.
Linda özü hər şeyi inkar edib. O, evlərindəki yanğının Toddun yağ lampası tərəfindən başladığını iddia edib. Linda kömək almaq üçün maşınına mindiyini və təsadüfən kişini vurduğunu söyləyib.
Linda 2010-cu ildə ərini öldürməkdə təqsirli bilinsə də, 2018-ci ildə vəkilləri qərardan apellyasiya şikayəti veriblər. Lakin bu, ittihamı dayandırmayıb və qadın yenidən məhkəmə qarşısına çıxarılıb.
İndi onu ömürlük həbs cəzası gözləyir.
Medianews.az