Medianews.az
Qəza törədən Balaəli ilə bağlı <span style=color:red>YENİ XƏBƏR
385 baxış

Qəza törədən Balaəli ilə bağlı YENİ XƏBƏR

Meyxanaçı Balaəli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcləri isə özüm qarşılayacağam". Medianews.az xəbər verir ki, bu sözləri Musavat.com-a tanınmış meyxanaçı Balaəli Maştağalının qəza törədərək avtomobilinə zərər vurduğu şəxs bildirib. O qeyd edib ki, zədələnmiş faraların ödənişini meyxanaçı edib və ona dəyən zərər tam ödənilib. Qeyd edək ki, ötən gün şikayətçi bildirmişdi ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində "Mercedes Benz G-Class" markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın onun avtomobilinə çırpılıb. O, sürücünün tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır - red.) olduğunu görüb. O, meyxanaçı ilə öz aralarında razılığa gəlsə də, Balaəli 200 manatdan artıq pul ödəməyib.

Bizə qoşulun