03.04.2025, 08:03
127 baxış
Lamiyə
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı ARTDI
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb.
Medianews.az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 4715 nəfər xəsarət alıb.
Nəşr dəqiqləşdirib ki, hazırda 341 nəfər itkin düşənlər siyahısındadır.
Medianews.az