02.04.2025, 06:58
212 baxış
Lamiyə
Onlar Trampı məyus etdilər
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskidən məyus olub.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirilmiş brifinqdə bildirib.
“Prezident Tramp bu münaqişənin hər iki liderindən məyusdur. O istəyir ki, bu müharibə bitsin. Hər iki tərəfdən insanlar ölür və bu çox uzun müddətdir davam edir. Komandamız həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı əlaqələri davam etdirir. Tramp münaqişənin başa çatmasını istəyir. Prezident hər gün əvvəlki kimi bu məsələdə çox fəaldır”.