30.03.2025, 18:54
205 baxış
Nailə
Tramp Putinə qəzəbləndi: "Görsəm ki..."
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə münasibətdə çox qəzəbli olduğunu bəyan edb.
Medianews.az-ın məlumatına görə, Tramp martın 30-da "NBC News" telekanalına müsahibə verərkən bildirib ki, Putinin ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskini kəskin pisləməsi onu bərk əsəbləşdirib.
"Əgər biz Ukraynada qan tökülməsini dayandıra bilməsək və mən görsəm ki, bunun günahı Moskvadadır, onda Rusiyanın neft satışına təpədən-dırnağa yeni rüsumlar tətbiq edəcəm" - deyə Tramp telekanala müsahibəsində əsəbi şəkildə vurğulayıb.
Medianews.az