29.03.2025, 11:14
129 baxış
Lamiyə
Naxçıvanda tələbə qazdan boğulub öldü
Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb.
Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistr tələbəsi, Laçın rayon sakini, 22 yaşlı Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.