Medianews.az
"Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm <span style=color:red>uçuşları bərpa edir
117 baxış

"Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir

Rusiyanın "Red Wings" aviaşirkəti Moskvada Jukovski hava limanından Bakıya birbaşa müntəzəm uçuşları bərpa edəcək. Oxu.Az-ın məlumatına görə, bu barədə aviadaşıyıcının Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, ilk uçuş 2025-ci il aprelin 27-də planlaşdırılır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək, uçuş - saat 16:20-də (yerli vaxtla), geri dönüş uçuşu - saat 21:40-da (yerli vaxtla) nəzərdə tutulub. Uçuş müddəti təxminən üç saat yarım təşkil edəcək.

Bizə qoşulun