Medianews.az
İmamoğlunun ən son <span style=color:red>İSMARIŞI
389 baxış

İmamoğlunun ən son İSMARIŞI

“Hədə-qorxu ilə, qanunazidd addımlarla xalqı susdurmaq mümkün deyil”. Medianews.az xəbər verir ki, bu sözləri bu dəqiqələrdə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu X şəbəkəsindəki hesabında yazıb. O bildirib ki, “təkcə İstanbulun 16 milyon sakininə deyil, Türkiyənin 86 milyon vətəndaşına və bütün dünyada demokratiya, ədalət uğrunda çarpışan hər kəsə” güvənir. “Əsas hüquq və azadlıqlar uğrunda mübarizəmi qətiyyətlə davam etdirəcəm” – deyə İmamoğlu X hesabındakı mesajında vurğulayıb. Xatırladaq ki, martın 19-u səhər Əkrəm İmamoğluya və 100-dən çox digər şəxsə qarşı genişmiqyaslı əməliyyat başlanıb. İmamoğlunun həbs edildiyi, evində axtarış aparıldığı bildirilir. Medianews.az

Bizə qoşulun