Dünya futbol çempionatının 1/8 finalı başa çatıb.
Medianews.az saytı 1/8 finalda keçirilmiş bütün oyunların nəticələrini təqdim edir:
Kanada – Mərakeş 0:3
Paraqvay – Fransa 0:1
Braziliya – Norveç 1:2
Meksika – İngiltərə 2:3
Portuqaliya – İspaniya 0:1
ABŞ – Belçika 1:4
Argentina – Misir 3:2
İsveçrə – Kolumbiya 0:0 (4:3).
Xatırladaq ki, iyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionatda 48 komanda 12 qrupda yarışıb. İlk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alıb.
1/16 final iyulun 4-də bitib.
İyulun 4-dən start götürən 1/8 final 7 iyulda başa çatıb.
1/4 final 9-12 iyula, yarımfinal 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.
1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.
Toğrul Əli,
Medianews.az