Medianews.az
ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində <span style=color:red>azı 31 nəfər ölüb
113 baxış

ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 31 nəfər ölüb

"Ənsar Allah" hərəkatının üsyançılarının (husilər) nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb. “Report” xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi özünün sosial şəbəkədə bildirib. “İlkin məlumatlara görə, ABŞ-nin Səna, Səada, Əl-Bayda əyalətləri və Radaa şəhərinin mülki və yaşayış məntəqələrinə hücumu nəticəsində 31 nəfər həlak olub, 101 nəfər yaralanıb”, - o deyib. Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.

Bizə qoşulun