Medianews.az
İnsanlar stress zamanı niyə <span style=color:red> çips YEYİR?
151 baxış

İnsanlar stress zamanı niyə çips YEYİR?

“Çips və konfet kimi qeyri-sağlam qidalara istək insan təkamülünün xüsusiyyətləri ilə izah edilə bilər”. Medianews.az xəbər verir ki, bunu psixiatr və psixoterapevt Mixail Otvetçikov deyib. Otvetçikovun fikrincə, əgər insan özünü xroniki stress şəraitində - işdə həddindən artıq işləmək, yuxusuzluq, ailədə çətinliklərlə üzləşirsə, o, düşüncəsiz, adət olunmuş hərəkətlərə daha çox meyl edir. O, əlavə edib ki, stress zamanı beynin fövqəladə vəziyyətlərə uyğunlaşmaya cavabdeh olan sahələri aktivləşir, refleksiya və rasional təfəkkür isə qismən sıxılır, çünki təhlükə yaranan kritik anlarda düşünməyə vaxt itirmədən cəld hərəkət etmək lazımdır. “Bu, əcdadlarımızın sağ qalması üçün zəruri olan təkamül mexanizmidir. İndi işdə daimi həddən artıq yüklənmə, şəxsi həyatımızda problemlər, xroniki narahatlıqla üzləşdikdə bu mexanizm də işə düşür”, - Otvetçikov izah edib. Psixiatr vəziyyətdən daha rasional çıxış yolu axtarmaq əvəzinə avtomatik cavab üsullarına keçməyi “avtopilot rejimi” adlandırır. Bununla mübarizə aparmaq üçün həkim həzz gətirən fiziki fəaliyyətlə məşğul olmağı və yükü tədricən artırmağı tövsiyə edib. Seçimlər çox fərqli ola bilər. Bəzi insanlar idman edərkən sevimli musiqilərini açır. Biri bu qədər kilometr getməyi qarşısına məqsəd qoyur və buna nail olanda beyində bir mexanizm işə düşür. O, həmçinin yalnız fiziki məşqdən sonra adi qeyri-sağlam yeməklərinizlə özünüzü mükafatlandırmağı və sağlam qəlyanaltıların mövcudluğunu artırmağı - iş yerində komodininizə şokolad və peçenye əvəzinə çubuqlara kəsilmiş qoz-fındıq, alma və ya yerkökü qoymağı tövsiyə edib. Medianews.az

Bizə qoşulun