Medianews.az
Ən azı 16 turist göldəki <span style=color:red> buzdan YIXILIB
157 baxış

Ən azı 16 turist göldəki buzdan YIXILIB

Almaniyada ən azı 16 hindistanlı turist buzla örtülmüş gölə düşüb. Medianews.az xəbər verir ki, hadisə Bavariya federal əyalətində baş verib. Üç nəfərin tamamilə su altında qaldığı, bəzilərinin isə kəskin hipotermi olduğu qeyd edilib. Qalanları özbaşına çıxa biliblər. Zərərçəkənlərdən biri hətta reanimasiya edilməli olub. Səyyah ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. Turistləri xilas etmək üçün əməliyyata bir neçə polis helikopteri cəlb edilib. Medianews.az

Bizə qoşulun