Medianews.az
Saziş yenidən müzakirəyə çıxarılır - <span style=color:red> "Reuters"
93 baxış

Saziş yenidən müzakirəyə çıxarılır - "Reuters"

"Reuters" agentliyinin yaydığı məlumata görə, tərəflər öz fikirlərini dəyişdiyindən Amerika Birləşmiş Ştatları və Ukrayna mineral ehtiyatlarla bağlı saziş mövzusunu yenidən müzakirəyə çıxarır. Medianews.az-ın məlumatına görə, agentlik yazır ki, artıq bununla bağlı hazırlıq gedir və çox tezliklə ABŞ-la Ukraynanın arasında mineral ehtiyatlarla bağlı saziş imzalanacaq. "Reuters" həmçinin qeyd edir ki, prezident Donald Tramp bu yeni xəbəri Konqresdəki çıxışında elan etmək istəyir. Daha sonra isə "Reuters" agentliyi dörd etibarlı mənbəyə istinadən yazır ki, ABŞ və Ukrayna arasında mineral ehtiyatların istismarı üzrə sazişin planlaşdırdığı artıq Ağ Evə, həmçinin Tramp komandasına da məlumdur. Agentliyin digər üç mənbəsinin verdiyi yeni məlumata görə isə, ABŞ prezidenti Donald Tramp müşavirlərinə martın 4-nə planlaşdırılan və Konqresə ünvanlanacaq müraciətində sazişi imzalamaq niyyətinin olduğunu bildirmək istədiyini söyləyib. Lakin bununla belə, mənbələrin də qeyd etdiyi kimi, əgər müqavilə imzalanmasa  "vəziyyət tamamilə dəyişə bilər" . Bu yeni və həmçinin daha çox arzulanan müqavilənin imzalanmasının isə nə vaxta planlaşdırıldığı açıqlanmır. Ancaq başqa bir mənbəyə istinad edən "ABC News" isə tərəflərin çərşənbə axşamı günü Ağ Evdə müqavilə imzalaya biləcəyini bildirib. Yayılan xəbərlərə baxmayaraq nə Ağ Ev, nə də Zelenski administrasiyası və eləcə də Ukraynanın ABŞ-dakı səfirliyi bu məlumatı şərh etmək istəməyib. Onu da xatırladaq ki, fevral ayının 28-də Ukrayna prezidenti Volodimir Zelenski sazişi imzalamaq üçün Vaşinqtona səfər etmişdi. Lakin Ağ Evdə keçirilən protokol tədbirində Donald Trampla yanaşı, eləcə də vitse-prezident Venslə mübahisədən sonra Ukrayna ərazisindəki qiymətli, çox nadir torpaqlarla bağlı nəzərdə tutulmuş sazişin imzalanması ləğv olunmuşdu.

Bizə qoşulun