Medianews.az
Lukaşenkonun Tramp gedişi: <span style=color:red>Belarus prezidenti nəyə ümid edir?
169 baxış

Lukaşenkonun Tramp gedişi: Belarus prezidenti nəyə ümid edir?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın ünvanına müsbət fikirlər söyləməklə, rusiyalı həmkarı kimi Amerika ilə münasibətləri normallaşdıracağına və Belarusa qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılacağına ümid edir. Politoloqun fikrincə, Lukaşenkonun “Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət edirəm” təklifinin arxasında bu amil dayanır. Medianews.az-a açıqlamasında E.Şahinoğlu onu da xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Lukaşenkonun təklifinə dərhal “hə” deyib: “Vaşinqtondan isə xəbər yoxdur. Tramp Minskdə görüşə razılaşarsa, Lukaşenko həm sanksiyaların yumşalmasına, həm də Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs razılaşmasında rolunun artmasına ümidlənəcək. Fikrimcə, Tramp yenə də Səudiyyə Ərəbistanına üstünlük verəcək. Vaşinqton liderlərin görüş yeri kimi Türkiyə və ya Macarıstana da üstünlük verə bilər”.

Bizə qoşulun